İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN














Virtual karabakh

195-2





Tariflər

Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri

 

Xidmətlərin adı

Tariflər (ƏDV ilə), manatla

I

II

III

I. Daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması və sifarişlə həyata keçirilən yerquruluşu işləri

1. Bina, tikili, qurğular və onların tərkib hissələri

1.1.

Çoxmənzilli yaşayış binaları üzrə, binanın ümumi sahəsinin hər 1 m2-i üçün

0,65

1.2.

Bina, tikili, qurğular və onların tərkib hissələri üzrə

 

1.2.1.

sahəsi 100 m2-dək (100 m2 daxil) olduqda

340,0

1.2.2.

sahəsi 100 m2-dən 1000 m2-dək (1000 m2 daxil) olduqda, 100 m2-dən çox olan hər əlavə 1 m2 üçün

2,4

1.2.3.

sahəsi 1000 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün

1,2

1.3.

Yaşayış fondu üzrə

 

1.3.1.

sahəsi 50 m2-dək (50 m2 daxil) olduqda

 

1.3.1.1.

Bakı şəhərində

40,0

1.3.1.2.

Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində

35,0

1.3.1.3.

digər şəhər və rayonlarda

30,0

1.3.2.

sahəsi 50 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün

 

1.3.2.1.

Bakı şəhərində

0,40

1.3.2.2.

Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində

0,32

1.3.2.3.

digər şəhər və rayonlarda

0,28

1.4.

1.3-cü bölmə üzrə xidmət haqqı hesablanan zaman bu cədvəlin Qeyd 2 bölməsinin tələbləri nəzərə alınmır

 

1.5.

yaşayış fondu üzrə  vahid əmlak (tikili və torpaq birlikdə) qeydiyyata alınan zaman torpaq sahəsinə münasibətdə  2.2.1 və 2.2.2-ci  bölmələri üzrə Bakı şəhərində 0,3 əmsalı, Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,25 əmsalı, digər şəhər və rayonlarda 0,2 əmsalı tətbiq edilir

 

2. Torpaq sahələri

2.1.

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə

2.1.1.

sahəsi 5,0-ha dək

100,0

2.1.2.

sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün

10,0

2.2.

Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə

2.2.1.

sahəsi 0,06 ha-dək

200,0

2.2.2.

sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün

5,0

2.3.

Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə

2.3.1.

sahəsi 1,0 ha-dək

500,0

2.3.2.

sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün

100,0

3. Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə

(xidmət haqqı I bölmənin 1 və 2-ci bəndlərinin tariflərinə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,0 manatdan az olmamaqla hesablanır)

II. Sifarişlə həyata keçirilən torpaq-kadastrı və torpaqların monitorinqi

 

1. Torpaq tədqiqatlarının aparılması, xəritələşdirilməsi və sifarişçiyə təqdim edilməsi

 

1.1.

1 torpaq kəsimi üçün tam su çəkimi analizi aparıldıqda:
(hər artan 1 kəsim üçün tam su çəkimi analizi tələb olunarsa qiymətə 340,0 manat, müxtəsər su çəkimi analizi tələb olunarsa 170,0 manat, quru qalıq analizi tələb olunarsa 20,0 manat əlavə olunur)

1100,0

1.2.

1 torpaq kəsimi üçün ümumi analiz aparıldıqda:
(hər artan 1 kəsim üçün ümumi analiz tələb olunarsa qiymətə 170,0 manat əlavə olunur)

900,0

 

2. Torpaqlarda geobotaniki tədqiqat işlərinin aparılması, xəritələşdirilməsi və sifarişçiyə təqdim edilməsi

 

2.1.

Təbii yem sahəsindən götürülən bir nümunə üçün tədqiqat işləri
(hər artan 1 nümunə üçün 130,0 manat əlavə olunur)

800,0

 

3. Torpaqların bonitet kartoqramının tərtibi və iqtisadi qiymətləndirilməsi

 

3.1.

sahəsi 20 ha-dək (20 ha daxil) olduqda

45,0

3.2.

sahəsi 20 ha-dan çox olduqda, hər əlavə 1 ha üçün

2,0

 

4. Torpaq sahələrinin rekultivasiya işçi layihələrinin hazırlanması və sifarişçiyə təqdim edilməsi

 

4.1.

Korlanmış torpaqlarda 5 kəsimədək torpaq nümunəsi götürülən ərazi üçün:
(hər artan 1 kəsim üçün 100,0 manat əlavə olunur)

650,0

 

5. Daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) bölgüsünün aparılması

 

5.1.

kameral qaydada aparıldıqda

20,0

5.2.

çöl ölçmə işləri tələb olunduqda (xidmət haqqı I bölmənin müvafiq tariflərinə uyğun olaraq hesablanır)

 

III. Daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar istisna olmaqla)

1.

əmlak sayı 10-a qədər olduqda

10,0

2.

əmlak sayı 10-dan artıq olduqda hər əlavə əmlak üçün

2,0

IV. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi

120,0

1.

mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 0,3 əmsal tətbiq edilir

 

2.

kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə)

10,0

V. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması

1.

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə

5,0

2.

Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə

30,0

3.

Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə

50,0

VI. Texniki kadastr və yerquruluşu məlumatlarının və sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi

1.

3 iş günü ərzində yerinə yetirildikdə

30,0

2.

5 iş günü ərzində yerinə yetirildikdə

20,0

3.

10 iş günü ərzində yerinə yetirildikdə

15,0

VII. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi

1.

Birtərəfli xidmət (sənədlərin qəbulu və ya hazır sənədin çatdırılması)

50,0

2.

İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması birlikdə)

80,0

VIII. Sxematik ünvan planlarının tərtibi

1.

Daşınmaz əmlakın ünvan rekvizitlərinin naturada müəyyən edilərək coğrafi informasiya sisteminə (CİS) daxil edilməsi

30,0

2.

Daşınmaz əmlak obyektlərinin sxematik ünvan planlarının tərtibi (1 dm2 planda mövcud olan ünvan sayına uyğun)

 

2.1.

ünvanların sayı 10-dək (10 daxil) olduqda

50,0

2.2.

ünvanların sayı 11-dən 20-dək (20 daxil) olduqda, 10 ünvandan çox olan hər əlavə 1 ünvan üçün

3,20

2.3.

ünvanların sayı 21-dən 30-dək (30 daxil) olduqda, 20 ünvandan çox olan hər əlavə 1 ünvan üçün

1,60

2.4.

ünvanların sayı 31-dən 40-dək (40 daxil) olduqda, 30 ünvandan çox olan hər əlavə 1 ünvan üçün

0,80

2.5.

ünvanların sayı 41-dən 50-dək (50 daxil) olduqda, 40 ünvandan çox olan hər əlavə 1 ünvan üçün və

0,40

2.6.

ünvanların sayı 50-dən çox olduqda, hər əlavə 1 ünvan üçün

0,20

IX. Texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan- xəritə materialları) tərtibi (1 dm2 planda mövcud olan parsel sayına uyğun)

1.1.

konturların sayı 10-dək (10 daxil) olduqda

216,0

1.2.

konturların sayı 11-dən 20-dək (20 daxil) olduqda, 10 konturdan çox olan hər əlavə 1 kontur üçün

5,20

1.3.

konturların sayı 21-dən 30-dək (30 daxil) olduqda, 20 konturdan çox olan hər əlavə 1 kontur üçün

3,60

1.4.

konturların sayı 31-dən 40-dək (40 daxil) olduqda, 30 konturdan çox olan hər əlavə 1 kontur üçün

2,40

1.5.

konturların sayı 41-dən 50-dək (50 daxil) olduqda, 40 konturdan çox olan hər əlavə 1 kontur üçün

1,20

1.6.

konturların sayı 50-dən çox olduqda, hər əlavə 1 kontur üçün

0,40

X. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi

1.

4 xarakterik döngə nöqtəsi üçün

120,0

2.

Hər əlavə 1 döngə nöqtəsi üçün

20,0

XI. Torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi

1.

Torpaq-kadastr baza məlumatları əsasında

30,0

2.

Çöl ölçmə işləri tələb olunduqda (I bölmənin müvafiq tarifləri tətbiq edilməklə hesablanmış xidmət haqqı əlavə olunur)

 

XII. Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsindən (AzPOS) istifadə

1.

15 günədək xidmət haqqı

150,0

2.

1 ay üçün xidmət haqqı

200,0

3.

1 il üçün xidmət haqqı

2000,0

XIII. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi

300,0

 

Qeyd 1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrdə hüquq sahibinin istəyi ilə cədvəlin IV bölməsində nəzərdə tutulan xidmətlərin qanunla müəyyən edilmiş icra müddətləri sürətləndirilməklə (daxil olmuş əvvəlki ərizələrin icra müddətlərini ləngitməmək şərti ilə) bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş xidmət tariflərinə 3,0 əmsalı, üç iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 2,0 əmsalı, yeddi iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 1,5 əmsalı, tətbiq edilir.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icrası müddəti texniki inventarlaşdırılma, ölçmə və mərzçəkmə işlərinin aparılması ilə əlaqədar uzadıldıqda isə hüquq sahibinin istəyi ilə ərizələrin qanunla müəyyən edilmiş ümumi icra müddəti sürətləndirilməklə iki iş günü müddətində icra edildikdə, cədvəlin I və IV bölmələri ilə təsdiq edilmiş xidmət tariflərinə 3,0 əmsalı, beş iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 2,0 əmsalı, on iş günü ərzində icra olunduqda müvafiq tariflərə 1,5 əmsalı tətbiq edilir.

İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələrdə hüquq sahibinin  istəyi ilə cədvəlin IV bölməsində nəzərdə tutulan xidmətlərin qanunla müəyyən edilmiş icra müddətləri sürətləndirilməklə bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş xidmət tariflərinə 3,0 əmsalı, iki iş günü ərzində icra olunduqda müvafiq xidmət tariflərinə 2,0 əmsalı tətbiq edilir.

Qeyd 2. Daşınmaz əmlak obyektlərinə münasibətdə I bölmə üzrə müəyyən edilmiş tariflərlə hesablanmış xidmət haqqı məbləğlərinə Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində 0,8 əmsalı, digər şəhər və rayonlarda 0,7 əmsalı, İşğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə hesablanmış xidmət haqqı məbləğlərinə isə 0,5 əmsalı tətbiq edilir.

Qeyd 3. Qanunla şəhid ailəsinin üzvləri hesab olunanların, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 0,5 əmsalı tətbiq edilir.

Qeyd 4. Əmsallar daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı müraciətlərdə göstərilən konkret hallara uyğun olaraq bu cədvəlin bölmələrində müəyyən edilmiş tariflərə müvafiq ardıcıllıqla tətbiq edilir və göstərilən xidmətə görə yekun xidmət haqqı hesablanaraq müəyyən edilir. 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası