İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN












Virtual karabakh

195-2





Tariflər

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və sərnişindaşıma xidmətləri göstərən digər bir sıra təsərrüfat subyektlərinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 30 qəpik təsdiq edilsin.
 
2. Bakı şəhərində, digər şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin (əlavə olunur).
 
3. Müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarif bir gediş üzrə 30 qəpik təsdiq edilsin. Həmin marşrutlarda yaşayış məntəqələri arasında hərəkət edən sərnişinlər üçün tarif bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş məsafələr üzrə tariflərin yuxarı hədlərinə uyğun olaraq tətbiq edilsin.
 
4. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilsin.
 
5. Müəyyən edilsin ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq edilən tarif əlavə olunur.
 
6. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 2,4 qəpik təsdiq edilsin.
 
7. Nəzərə alınsın ki, müntəzəm şəhərdaxili avtobus marşrutlarının nömrəli siyahısı və hərəkət cədvəli, müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarının məsafələr üzrə bölgüsü göstərilməklə nömrəli siyahısı və hərəkət cədvəli, müntəzəm şəhərlərarası avtobus marşrutlarının siyahısı və hərəkət cədvəli “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
 
8. Bu qərar 2018-ci il 1 avqust tarixindən qüvvəyə minir.
 
 
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının
2018-ci il 30 iyul tarixli 
7 nömrəli qərarı ilə 
təsdiq edilmişdir.


Bakı şəhərində, digər şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri
 

Marşrut

Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(qəpiklə)

I

II

III

IV

1.

Şəhərdaxili

məsafədən asılı olmayaraq

30

2.

Şəhərətrafı və qəsəbələrarası

15 km-dək (15 km daxil olmaqla)

30

15 km-dən 30 km-dək (30 km daxil olmaqla)

40

30 km-dən 40 km-dək (40 km daxil olmaqla)

50

40 km-dən 45 km-dək (45 km daxil olmaqla)

60

45 km-dən 50 km-dək (50 km daxil olmaqla)

80

50 km-dən yuxarı

90

 
Əsas:
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası