|
 |
XƏBƏRLƏR
14.01.2015
Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilmişdir. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilmişdir.
ətraflı
12.01.2015
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır.
ətraflı
20.11.2014
Tənzimləmə sahəsində tədqiqatların aparılması üzrə müsabiqə
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) tərəfindən tənzimləmə sahəsində tədqiqatların aparılmasına dair müsabiqə elan edilmişdir.
ətraflı
27.10.2014
Bakıda ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı keçirilir
Oktyabrın 27-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı başlamışdır.
ətraflı
09.09.2014
Sərnişindaşıma xidmətlərinin tarifləri barədə
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bildirir ki, son günlərdə sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
ətraflı
14.07.2014
Bakıda investisiya və tənzimləmə üzrə konfrans keçiriləcək
Cari ilin 27-28 oktyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının investisiya və tənzimləmə üzrə 13-cü illik konfransı keçiriləcəkdir.
ətraflı
|