İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

XƏBƏRLƏR

16.04.2009

ERRA-nın Polşada keçirilmiş iclaslarında Azərbaycan təmsilçiləri də iştirak etmişlər

Aprelin 6-dan 9-dək Polşanın paytaxtı Varşavada Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) iclasları keçirilmişdir. 40 ölkədən 200-dən çox nümayəndənin iştirak etdiyi tədbirlərdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin, Tarif (qiymət) Şurası Katibliyinin, ARDNŞ-in və Milli Elmlər Akademiyasının nümayəndələri  təmsil etmişdir.

ətraflı

11.02.2009

Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının məlumatı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyində inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan aşağıdakı vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün növbəti müsahibə və müsabiqə elan etmişdir.

ətraflı

04.02.2009

Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının məlumatı

Son günlər bəzi kütləvi informasiya vasitələrində ölkədə yanacağın qiymətinin dəyişdiriləcəyi ilə bağlı məlumatlar yayılır. Tarif (qiymət) Şurası bildirir ki, bu məlumatların heç bir əsası yoxdur və yanacağın qiymətinin dəyişdirilməsi ilə bağlı Şuraya əlaqədar qurumlardan heç bir təklif daxil olmamışdır.

ətraflı

30.12.2008

AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR

      2008-ci il 30 dekabr  tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
     İclasda Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifləri əsasında iki məsələyə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olaraq, ölkədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi və vətəndaşların informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurası tərəfindən əhəmiyyətli qərarlar qəbul edilmişdir.

ətraflı

01.11.2008

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin tərkibinin təsdiq edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan Respublikası nazirlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı 

1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

ətraflı

24.10.2008

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası Katibi E.Əsədov xidməti ezamiyyədə olmuşdur

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov 20-21 oktyabr 2008-ci il tarixlərində Enerji Tənzimləyicilərinin Regional Assosasiyasının (ERRA) İdarə Heyətinin və Sədrlər Komitəsinin iclasında iştirak etmək üçün Litvanın Vilnüs şəhərində ezamiyyədə olmuşdur.

ətraflı



© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası