|
 |
XƏBƏRLƏR
10.11.2010
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
2010-cu il noyabrın 10-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən göstərilən kadastr xidmətlərinin tariflərinin tənzimlənməsi məsələsinə baxılmışdır.
ətraflı
11.10.2010
Albaniyada beynəlxalq konfrans keçirilmişdir
Albaniyanın paytaxtı Tirana şəhərində “Albaniyanin Enerji sektoru, Dəyişikliklər və Tənzimləmə” mövzusunda Konfrans keçirilmişdir. Konfransda Albaniya, İtaliya, ABŞ, Makedoniya, Bosniya, Xorvatiya, Macarıstan, Slovakiya, Serbiya, Rumıniya, Estoniya, Polşa, Latviya, Çernoqoriya və Moldovadan olan 120 nəfərə yaxın dövlət rəsmisi, tənzimləyici, auditor iştirak etmişdir.
ətraflı
17.09.2010
Belarusiyanin paytaxtı Minsk şəhərində “Bərpa olunan enerjinin tənzimlənməsi” mövzusunda təlim kursları keçirilmişdir
Belarusiyanin paytaxtı Minsk şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosasiyası (ERRA) və Avropaya dövlətlərarası neft və qaz nəqli programının (İNOGATE) birgə təşkilatçılığı ilə “Bərpa olunan enerjinin tənzimlənməsi” mövzusunda təlim kursu keçirilmişdir.
ətraflı
30.08.2010
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Ətraflı məlumat üçün saytın vakansiyalar bölməsinə baxa bilərsiniz.
ətraflı
14.05.2010
Kişinyovda Qara dəniz regionunda tənzimləmə məsələləri üzrə seminar keçirilmişdir
Moldovanın paytaxtı Kişinyov şəhərində bu ölkənin Enerji Tənzimlənməsi üzrə Milli Agentliyinin təşkilatçılığı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Qara dəniz regionunda tənzimləmə məsələləri üzrə seminar keçirilmişdir.
ətraflı
26.04.2010
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının tədbirləri keçirilmişdir
19-22 aprel tarixlərində Macarıstanın Budapeşt şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının Ümumi Yığıncağı, İdarə Heyətinin iclası və Energetikanın tənzimlənməsi və İnvestisiyalar üzrə 9-cu Konfrans keçirilmişdir. Tədbirlərdə 24 tam, 2 assosiativ və 4 afiliativ olmaqla 30 ölkənin müxtəlif qurumlarının nümayəndələri iştirak etmişdir. Tədbirlərdə ölkəmizi Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov təmsil etmişdir.
ətraflı
|