|
 |
XƏBƏRLƏR
10.01.2017
Təbii qaz üzrə ödənişlər barədə
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.
ətraflı
06.01.2017
Mühüm sosial-iqtisadi məsələ: Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişafı
İqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayevin AZƏRTAC-a müsahibəsi
ətraflı
22.12.2016
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 22 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilmişdir
Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılmış və ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilmişdir.
ətraflı
12.12.2016
Tarif (qiymət) Şurasının Katibliyində Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilmişdir
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyində 2016-cı il 12 dekabr tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) nümayəndələri ilə ölkədə dərman vasitələri bazarının tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı görüş keçirilmişdir.
ətraflı
12.12.2016
Su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb
Bəzi kütləvi informasiya vasitələrində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır, tariflərin birləşdirilməklə vahid tarif sisteminə keçilməsi tarif artımı kimi təqdim olunur. Bu cür yanlış məlumatlar isə əhali arasında çaşqınlıq yaradır.
ətraflı
28.11.2016
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılmışdır. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilmiş, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılmışdır.
ətraflı
|