İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Bakı-Sumqayıt elektrik qatarı üçün tariflər müəyyənləşdirildi

14.09.2015

Məlumat verildiyi kimi, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınmışdır.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılmış və  Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilmişdir.
 
Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilmişdir (Cədvəl əlavə olunur). Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.
 
Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası