İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqənin müsahibə elanı

12.01.2018

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir

Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan məlumat əldə edə bilərsiniz.

Müsahibədə müvafiq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat almış şəxslər iştirak edə bilərlər.

Hər bir namizəd sertifikat aldığı müvafiq vəzifə altqrupu çərçivəsində vakant vəzifə üzrə müsahibədə iştirak edə bilər.

Müsahibədə iştirak üçün müraciət etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin internet portalına daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 11 yanvar 2018-ci il tarixdən 9 fevral 2018-ci il tarixədək (30 gün müddətində) Dövlət İmtahan Mərkəzinin portalı vasitəsilə Tarif (qiymət) Şurasının Katibliyinə təqdim etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.


© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası