İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

17.05.2018

2018-ci ilin 17 may tarixində keçirilən iclasda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən ovçuluq biletinin qiyməti təsdiq edilib.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 270-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib.
 
Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10980 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
 
Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının Katibliyi

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası