İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası Katibi E.Əsədov xidməti ezamiyyədə olmuşdur

24.10.2008

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov 20-21 oktyabr 2008-ci il tarixlərində Enerji Tənzimləyicilərinin Regional Assosasiyasının (ERRA) İdarə Heyətinin və Sədrlər Komitəsinin iclasında iştirak etmək üçün Litvanın Vilnüs şəhərində ezamiyyədə olmuşdur.

İclasda Albaniya, Azərbaycan, Xorvatiya, Çernoqoriya, Bosniya və Hersoqavina, Gürcüstan, Ermənistan, Macarıstan, Latviya, Litva, Estoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, ABŞ, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən nümayəndələr iştirak etmişdir.

İclasda əsasən aşağıdakı mövzulara dair müzakirələr aparılmışdır:
- ERRA sədrlər komitəsinin yaradılması, təşkilati məsələlər (Sədr və müavininin seçilməsi);
- Topdansatış bazarının monitorinqi;
- Az təminatlı istehlakçılar;
- Tənzimləmə sahəsində ERRA üzvləri üçün vacib olan gündəlik məsələlərin, iş rejiminin – qeyri rəsmi məlumat mübadiləsi və s. müzakirəsi;
- Enerji tənzimləyicilərinin və rəqabət haqqında qanunvericiliyin hədləri, enerji tənzimləyicilərinin səlahiyyətləri və rəqabətin idarə olunması;
- ERRA-nın ən son xəbərləri və gələcək planları; İnvestisiyalar və enerji tənzimlənməsi üzrə ERRA-nın 8-ci konfransı ilə əlaqədar məsələlərin müzakirəsi.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası