İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

ERRA-nın Polşada keçirilmiş iclaslarında Azərbaycan təmsilçiləri də iştirak etmişlər

16.04.2009

Aprelin 6-dan 9-dək Polşanın paytaxtı Varşavada Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) iclasları keçirilmişdir. 40 ölkədən 200-dən çox nümayəndənin iştirak etdiyi tədbirlərdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin, Tarif (qiymət) Şurası Katibliyinin, ARDNŞ-in və Milli Elmlər Akademiyasının nümayəndələri  təmsil etmişdir.

     Tədbirlərdə və daimi komitələrin iclaslarında enerji təhlükəsizliyi, energetikanın dayanıqlı inkişafı və bu sahəyə investisiyaların cəlb olunması mövzusunda məruzələr dinlənilmişdir.
     ERRA-nın aprelin 8-də keçirilmiş Ümumi Toplantısında 2008-ci ilin maliyyə hesabatı, Assosiasiyanın 2009-cu il üçün büdcəsi və İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələləri müzakirə edilmişdir. Toplantıda ötən il üçün hesabat təsdiq edilmiş, İdarə Heyətinə yeni üzvlər seçilmişdir.
     Həmin gün keçirilmiş ERRA ilə Avropa İttifaqının İNOGATE Proqramının (Avropa Dövlətlərarası Neft və Qaz Nəqli) birgə iclasında isə 2009-2010-cu illərdə əsas prioritet sahələri əhatə edən texniki yardım layihələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası