İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR

31.07.2009

      2009-cu il 31 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
      Məlum olduğu kimi, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli, 116 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq olunmuşdur. Əsasnamədə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarına fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərə görə xidmət haqqı almaq səlahiyyətləri müəyyən edilmişdir.

      Göstərilənlər nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin müraciəti əsasında Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumların fəaliyyətinin maliyyə əsaslarının təmin edilməsi üçün daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla), hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması, daşınmaz əmlakın ünvanının təyin edilməsi və məlumatların verilməsi, daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi, daşınmaz əmlakın inventar dəyərinin hesablanması, təkrar texniki inventarlaşdırılması sahələrindəki xidmətlər üçün tariflər müəyyən edilmişdir.
      Qəbul olunmuş baza tarifləri 0,40-60 manat arasında dəyişməklə 10 istiqamət üzrə  göstərilən xidmətlərə şamil olunacaq və 2009-cu il 3 avqust tarixindən tətbiq ediləcəkdir.  

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası