İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) 10-cu Konfransı keçirilmişdir

23.05.2011

2011-ci ilin 16-19 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Energetikanın tənzimlənməsi və İnvestisiyalar üzrə 10-cu Konfransı, Ümumi Yığıncağı və İdarə Heyətinin iclası keçirilmişdir. Konfransda ERRA-nın üzvləri də daxil olmaqla dünyanın 30-dan çox ölkəsinin, o cümlədən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının nümayəndələri iştirak etmişlər.

Konfransda “Bazar strukturunun dəyişməsi və ətraf-mühit”, “ERRA ölkələrində enerji sektoruna birbaşa özəl investisiya qoyuluşu”, “Rusiya enerji sektorunun ortamüddətli inkişaf perspektivi”, “Rusiya və xaricində təbii qaz bazarının ortamüddətli inkişaf planı”, “MDB ölkələrində vahid regional enerji bazarının inkişafı” və “ERRA üzvü ölkələrində bərpaolunan enerji mənbələrinin tənzimlənməsinin müqayisəli təhlili” və s. mövzular üzrə təqdimatlar keçirilmişdir.
ERRA-nın Ümumi Yığıncağında 2010-cu il üzrə proqram, maliyyə hesabatları, iş planı və təşkilatın 2011−2012-ci illər üzrə büdcəsi müzakirə olunaraq təsdiq edilmişdir. Həmçinin, ERRA-nın nizamnaməsinə bəzi dəyişikliklər edilməsi müzakirə olunmuşdur. Tədbirdə ERRA-nın sədri, sədr müavini və İdarə Heyətinin yeni 4 üzvü seçilmişdir. 
ERRA-nın komitələrinin (hüquq, lisenziya və tarif) habelə, Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının əməkdaşları məruzələrlə çıxış etmişlər.
Bundan əlavə tədbir çərçivəsində Qara dəniz ölkələrinin tənzimləyici orqanlarının təşəbbüsü ilə tənzimləyici orqanlar üçün bərpa olunan enerji mənbələrinə investisiya qoyuluşu və normativ təlimatların işlənilməsi mexanizmi üzrə seminar keçirilmişdir. 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası