İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası keçiriləcək

19.09.2011

2011-ci ilin 22-23 sentyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası keçiriləcəkdir.

Sədrlər Toplantısı və Komitə İclasında ERRA-nın Strateji Planlaşdırma işçi qrupunun hesabatı, enerji sahəsində tənzimləmə məsələləri və problemləri barədə məlumatlar dinləniləcək və müzakirələr aparılacaqdır. 
 
Qeyd: Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının da üzv olduğu ERRA Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılmışdır. Hazırda  Şərqi və Qərbi Avropa, Afrikadan 30-a yaxın ölkə ERRA-nın üzvüdür. Təşkilatın vəzifələri üzv ölkələrin tənzimləyici qurumlarının dəstəklənməsi, informasiya və təcrübə mübadiləsinin asanlaşdırılması, elmi tədqiqat və praktiki bilik səviyyəsinin artırılması, o cümlədən tədris-təhsil və texniki sahələrdə əməkdaşlığın təşviqidir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası