İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Ümummilli Liderin 90 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir

25.04.2013

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), "Azərlotereya" ASC, "Təmiz Şəhər" ASC, "Sumqayıt Kimya Sənaye Parkı" MMC və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərdə qurumların rəhbərləri Ulu Öndərin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, davamlı sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində misilsiz xidmətləri barədə məruzələrlə çıxış etmişlər.

Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.

Tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən sənədli film nümayiş olunmuşdur. 





© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası