İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.04.2013

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 1

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

Q Ə R A R № 1

Bakı şəhəri, 26 aprel 2013-cü il

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

   Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
   1. Bakı şəhərində fəaliyyət göstərən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi aşağıdakı kimi təsdiq edilsin:
 

Marşrut

Məsafə

(dövrün uzunluğunun yarısı)

Marşrutun nömrəsi

Tarif

(qəpiklə)

I

II

III

IV

V

1.

Şəhərdaxili

məsafədən asılı olmayaraq

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99

20

2.

Şəhərətrafı və qəsəbələrarası

1 km-dən 15 km-dək

(15 km daxil olmaqla)

102, 106, 111, 112, 113, 118, 119, 133, 135, 138, 139, 142, 143, 144, 145, 148, 156, 158, 159, 162, 168, 169, 170, 174, 178, 182, 190, 198, 204, 206, 208, 209, 210, 213, 216

20

15 km-dən 25 km-dək

(25 km daxil olmaqla)

104, 105, 108, 109, 110, 116, 117, 120, 121, 124, 125, 129, 132, 134, 137, 140, 147, 151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 176, 177, 179, 180, 183, 184, 185, 186, 188, 191, 193, 196, 199, 201, 202, 205, 211, 214, 217

25

25 km-dən 30 km-dək

(30 km daxil olmaqla)

103, 123, 126, 127, 128, 130, 131, 146, 149, 152, 160, 173, 175, 181, 189, 192, 194, 203, 207, 215

30

30 km-dən 40 km-dək

(40 km daxil olmaqla)

100, 107, 136, 141, 157, 164, 171, 172, 197, 200, 212

35

40 km-dən 45 km-dək

(45 km daxil olmaqla)

101, 114

50

45 km-dən 50 km-dək

(50 km daxil olmaqla)

187

70

50 km-dən yuxarı

115, 122, 150, 195

80

 
   2. Şəhər və rayon mərkəzlərində (Bakı şəhəri istisna olmaqla) fəaliyyət göstərən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi aşağıdakı kimi təsdiq edilsin:
 

Marşrut

Məsafə

(dövrün uzunluğunun yarısı)

Tarif

(qəpiklə)

I

II

III

IV

1.

Şəhərdaxili

məsafədən asılı olmayaraq

20

2.

Şəhərətrafı və qəsəbələrarası

1 km-dən 15 km-dək (15 km daxil olmaqla)

20

15 km-dən 25 km-dək (25 km daxil olmaqla)

25

25 km-dən 30 km-dək (30 km daxil olmaqla)

30

30 km-dən 40 km-dək (40 km daxil olmaqla)

40

40 km-dən 45 km-dək (45 km daxil olmaqla)

50

45 km-dən 50 km-dək (50 km daxil olmaqla)

70

50 km-dən yuxarı

80

 
 3. Şəhərətrafı marşrutlarda şəhərdaxili, qəsəbədaxili və ya qəsəbələrarası hərəkət edən sərnişinlər üçün tarif 20 qəpik səviyyəsində müəyyən edilsin.
   4. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə tarif 35 qəpik səviyyəsində müəyyən edilsin.
   5. Bakı-Sumqayıt marşrutu üzrə tariflər Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam edərsə, Bakı-Sumqayıt marşrutu tariflərinə şəhərdaxili tariflər əlavə olunsun.
   6. Şəhərlərarası marşrutlarda sərnişindaşıma tariflərinin yuxarı həddi 1,6 qəpik/km səviyyəsində müəyyən edilsin.
   7. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:
   7.1. sərnişindaşıma tarifi, marşrutun sxemi və marşrutda dövrün uzunluğu barədə məlumatların avtobuslarda və dayanacaqlarda sərnişinlərin aydın görə biləcəyi formada yerləşdirilməsini təmin etsin;
   7.2. Bakı şəhərində sərnişindaşıma ilə bağlı marşrutların sxemlərində və ya bu qərarın 1-ci bəndində göstərilmiş marşrutların nömrələrində dəyişiklik ediləcəyi təqdirdə, məsələyə tarif tənzimlənməsi baxımından aidiyyəti üzrə münasibət bildirilməsi üçün müvafiq məlumatları ən azı bir ay əvvəl Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına təqdim etsin;
   7.3. Bakı şəhərində faktiki istifadədə olan marşrut nömrələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına məlumat versin.
   8. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
   8.1. “Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişindaşıma xidmətinin qiymətlərinə baxılması barədə” 2007-ci il 06 yanvar tarixli 6 nömrəli Qərarı;
   8.2. “Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə” 2007-ci il 06 yanvar tarixli qərarına əlavə və dəyişiklik edilməsinə dair” 2007-ci il 02 fevral tarixli 7 nömrəli Qərarı.
   9. Bu qərar  1 may  2013-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                            Şahin Mustafayev
 
 
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası