İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 13

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №13

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Ölkə daxilində təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:

Xidmətlərin adı

Tariflər

(manat/min m3)

I

II

III

1.

Təbii qazın emalı

5,5

2.

Təbii qazın nəqli (hər 100 km məsafə üçün)

2,0

3.

Təbii qazın qaz paylayıcılarına topdan satışı

42,0

4.

Təbii qazın pərakəndə satışı

100,0

5.

Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı

(aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə)

80,0

 
2. Müəyyən edilsin ki:
2.1. bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin 3-cü sətri ilə müəyyən edilmiş təbii qazın topdansatış tarifinə mədən vergisi daxildir;
2.2. bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin 3-cü, 4-cü və 5-ci sətirləri ilə müəyyən edilmiş tariflərə təbii qazın nəqli ilə bağlı bütün xərclər daxildir.
3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
3.1. “Respublika daxilində təbii qazın pərakəndəsatış tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 6 yanvar 2007-ci il tarixli 2 nömrəli Qərarı;
3.2. “Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 fevral 2007-ci il tarixli 8 nömrəli Qərarı;
3.3. “Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 8 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 mart 2007-ci il tarixli 12 nömrəli Qərarı;
3.4. “Respublika ərazisində təbii qazın pərakəndəsatış tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 iyun 2009-cu il tarixli 3 nömrəli Qərarı;
3.5. “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 08 nömrəli “Təbii qazın topdansatış, emal və nəql tariflərinin tənzimlənməsi barədə” qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30 dekabr 2009-cu il tarixli 10 nömrəli Qərarı.
4. Bu qərar 3 dekabr 2013-cü il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                            Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası