İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 12

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №12

Bakı şəhəri,  2 dekabr 2013-cü il

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi (əks istiqamət üzrə eyni olmaqla) aşağıdakı səviyyədə təsdiq edilsin:
 

İstiqamətlər

Tariflər

(ƏDV ilə, manatla)

I

II

III

1.

Bakı-Naxçıvan

70,0

2.

Bakı-Gəncə

56,0

3.

Bakı-Zaqatala

52,0

4.

Bakı-Lənkəran

41,0

5.

Gəncə-Naxçıvan

39,0

 
2. Ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla 30 qəpik/kiloqram təsdiq edilsin.
3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
3.1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişin daşıma xidmətlərinin tarifləri barədə” 25 dekabr 2007-ci il tarixli 24 nömrəli Qərarı;
3.2. “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri barədə” Qərarı”na dəyişikliklər edilməsi barədə” 29 dekabr 2010-cu il tarixli 2 nömrəli Qərarı.
4. Bu qərar 3 dekabr 2013-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                     Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası