İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifinin tənzimlənməsi barədə

QƏRAR № 11

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №11

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonları vasitəsilə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinin tarifi bir sifariş üzrə ƏDV daxil olmaqla kənd yerləri üçün 5 qəpik, şəhər və rayon mərkəzləri üçün 10 qəpik təsdiq edilsin.
2. Müəyyən edilsin ki, “107” sifariş xidmətinin haqqı bu xidmətlə həyata keçirilən şəhərlərarası və beynəlxalq telefon danışıqları üzrə ödənişə əlavə edilir.
3. Bu qərarla təsdiq edilən tarif mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidmətinə şamil olunur.
4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                         Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası