02.12.2013
Taksofonlardan həyata keçirilən telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə
QƏRAR № 10
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR №10
Bakı şəhəri, 2 dekabr 2013-cü il
Taksofonlardan həyata keçirilən telefon rabitəsi xidmətlərinin tariflərinintənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:1. Taksofonlardan həyata keçirilən telefon danışıqlarının tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilsin:
№ | İstiqamətlər | Tariflər (qəpik/dəqiqə) |
I | II | III |
1. | Şəhərdaxili | 2,0 |
2. | Şəhərlərarası | 5,0 |
3. | Beynəlxalq | 32,0 |
2. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev