İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 7

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №7

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Ölkə daxilində sabit şəbəkə (o cümlədən, məftilli və məftilsiz) telefonlarından həyata keçirilən şəhərlərarası telefon danışıqlarının tarifi ƏDV daxil olmaqla 5 qəpik/dəqiqə təsdiq edilsin.
2. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu qərarın 1-ci bəndi ilə müəyyən olunmuş tarifə 0,8 əmsalı tətbiq edilsin.
3. Bu qərarla təsdiq edilən tariflər mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinə (taksofonlar istisna olmaqla) şamil olunur.
4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası