İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

01.08.2014

Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 6

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №6

Bakı şəhəri, 1 avqust 2014-cü il

Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 64 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tarifləri ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin:
 

Xidmətin adı

Tarif

(manat)

I

II

III

1.

İddia sənədinə aid olan materialların təqdim edilmə müddətinin iddiaçının vəsatəti əsasında iki ay uzadılması

30,0

2.

İddia sənədinin ilkin ekspertizası

40,0

3.

İddia sənədinin ekspertizası

135,0

4.

İddia sənədinin ekspertizası üçün tələb olunan əlavə sənədin verilmə müddətinin iddiaçının vəsatəti əsasında iki ay uzadılması

25,0

5.

İddia sənədinin ekspertizasına başlandığı tarixdən bir ay keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi

30,0

6.

İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi

40,0

 
2. Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə tarif bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin 3-cü sətri ilə təsdiq edilmiş tarifə 40 manat (ƏDV-siz) əlavə edilməklə müəyyənləşdirilsin.
3. İddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının bir ay ərzində aparılması üçün tarif bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin 3-cü sətri ilə təsdiq edilmiş tarifə 120 manat (ƏDV-siz) əlavə edilməklə müəyyənləşdirilsin.
4. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası