01.08.2014
İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə
QƏRAR № 7
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR №7
Bakı şəhəri, 1 avqust 2014-cü il
İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tariflərinin tənzimlənməsi barədə
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli 63 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:1. İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili üzrə xidmətlərin tarifləri ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin: №
Xidmətin adı
Tarif
(manat)
I
II
III
1.
İddia sənədinin ekspertizası (ilkin ekspertiza da daxil olmaqla)
20,0
2.
Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin iddiaçının vəsatəti əsasında bir ay uzadılması
10,0
3.
İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətcə ekspertizası
3.1.
İxtira
90,0
3.2.
Faydalı model və sənaye nümunəsi
60,0
4.
İddia sənədinin verildiyi tarixdən bir ay keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi
6,0
5.
İddiaçının vəsatəti əsasında ixtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə (və ya əksinə) çevrilməsi
7,0
6.
İddia sənədi üzrə ilkinliyin tələb edilməsi
20,0
7.
İddia sənədi üzrə ilkinliyin tələb edilmə müddətinin iddiaçının vəsatəti əsasında iki ay uzadılması
30,0
8.
İddia sənədinə dair məlumatın dərc edilməsi
6,0
9.
İddiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi
30,0
10.
Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması
10,0
11.
İddiaçının vəsatəti əsasında iddia sənədi barəsində məlumat axtarışının aparılması və hesabatın hazırlanması
11.1.
İxtira
70,0
11.2.
Faydalı model və sənaye nümunəsi
60,0
12.
İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi
30,0
2. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.
Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
№ | Xidmətin adı | Tarif (manat) |
I | II | III |
1. | İddia sənədinin ekspertizası (ilkin ekspertiza da daxil olmaqla) | 20,0 |
2. | Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin iddiaçının vəsatəti əsasında bir ay uzadılması | 10,0 |
3. | İddiaçının vəsatəti əsasında iddia sənədinin mahiyyətcə ekspertizası | |
3.1. | İxtira | 90,0 |
3.2. | Faydalı model və sənaye nümunəsi | 60,0 |
4. | İddia sənədinin verildiyi tarixdən bir ay keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi | 6,0 |
5. | İddiaçının vəsatəti əsasında ixtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə (və ya əksinə) çevrilməsi | 7,0 |
6. | İddia sənədi üzrə ilkinliyin tələb edilməsi | 20,0 |
7. | İddia sənədi üzrə ilkinliyin tələb edilmə müddətinin iddiaçının vəsatəti əsasında iki ay uzadılması | 30,0 |
8. | İddia sənədinə dair məlumatın dərc edilməsi | 6,0 |
9. | İddiaçının vəsatəti əsasında iddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərc edilməsi | 30,0 |
10. | Dərc edildikdən sonra iddia sənədinin materialları ilə maraqlı şəxslərin tanış olması | 10,0 |
11. | İddiaçının vəsatəti əsasında iddia sənədi barəsində məlumat axtarışının aparılması və hesabatın hazırlanması | |
11.1. | İxtira | 70,0 |
11.2. | Faydalı model və sənaye nümunəsi | 60,0 |
12. | İddia sənədinin beynəlxalq sistem vasitəsilə qeydiyyatı üçün qəbulu, hazırlanması və göndərilməsi | 30,0 |