İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

01.08.2014

Dövlət fitosanitar xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 4

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №4

Bakı şəhəri, 1 avqust 2014-cü il

Dövlət fitosanitar xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Hüquqi və fiziki şəxslərin vəsaiti hesabına göstərilən dövlət fitosanitar xidmətlərinin tarifləri ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin:

Xidmətin adı

Ölçü vahidi

Tarif

(manat)

I

II

III

IV

1.

Karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi

 

 

1.1.

Toxum və əkin materialları, kəsilmiş güllər,  bəzək (dekorativ) və dərman bitkiləri

1 ton

0,1

1.2.

Meyvələr, tərəvəzlər, dənli paxlalı bitkilər, çay, qəhvə, kakao, meyvə quruları, ədviyyatlar, texniki yüklər

1 ton

0,03

1.3.

Dənli bitkilər və yemlər

1 ton

0,03

1.4.

Un və un məmulatları

1 ton

0,01

1.5.

Şəkər və şəkər məmulatları

1 ton

0,01

1.6.

Meşə materialları, taralar

1 m3

0,01

2.

Karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının zərərsizləşdirilməsi

 

 

2.1.

Toxum və əkin materialları, kəsilmiş güllər, bəzək (dekorativ) və dərman bitkiləri

 

 

2.1.1.

yüksək sirayətlənmə dərəcəsi

1 ton

1,2

2.1.2.

orta sirayətlənmə dərəcəsi

1 ton

0,6

2.1.3.

zəif sirayətlənmə dərəcəsi

1 ton

0,2

2.2.

Dənli və dənli paxlalı bitkilər, yemlər

 

 

2.2.1.

yüksək sirayətlənmə dərəcəsi

1 ton

1,0

2.2.2.

orta sirayətlənmə dərəcəsi

1 ton

0,5

2.2.3.

zəif sirayətlənmə dərəcəsi

1 ton

0,1

2.3.

Texniki yüklər (tütün, pambıq, biyan və s.)

 

 

2.3.1.

yüksək sirayətlənmə dərəcəsi

1 ton

1,2

2.3.2.

orta sirayətlənmə dərəcəsi

1 ton

0,8

2.3.3.

zəif sirayətlənmə dərəcəsi

1 ton

0,2

2.4.

Meşə materialları, taralar

 

 

2.4.1.

yüksək sirayətlənmə dərəcəsi

1 m3

1,0

2.4.2.

orta sirayətlənmə dərəcəsi

1 m3

0,5

2.4.3.

zəif sirayətlənmə dərəcəsi

1 m3

0,2

3.

Karantin nəzarətində olan bitki və bitkiçilik məhsullarının saxlanma yerlərinin, nəqliyyat vasitələrinin və digər obyektlərin zərərsizləşdirilməsi

 

 

3.1.

Fumiqantla

 

 

3.1.1.

yüksək sirayətlənmə dərəcəsi

1 m3

0,5

3.1.2.

orta sirayətlənmə dərəcəsi

1 m3

0,1

3.1.3.

zəif sirayətlənmə dərəcəsi

1 m3

0,03

3.2.

Aerozolla, maye formalı pestisidlə və dezinfeksiya üsulu ilə

 

 

3.2.1.

yüksək sirayətlənmə dərəcəsi

1 m3

0,1

3.2.2.

orta sirayətlənmə dərəcəsi

1 m3

0,05

3.2.3.

zəif sirayətlənmə dərəcəsi

1 m3

0,02

4.

Karantin nəzarətində olan materiallardan götürülmüş nümunələrin karantin ekspertiza laboratoriyasında müayinəsi

 

 

4.1.

Toxum və əkin materialları, kəsilmiş güllər, bəzək (dekorativ) və dərman bitkiləri

1 nümunə

5,0

4.2.

Meyvələr, tərəvəzlər, torf

1 nümunə

5,0

4.3.

Çay, qəhvə, kakao, meyvə quruları, ədviyyatlar, yemlər və texniki yüklər (tütün, pambıq, biyan və s.), meşə materialları

1 nümunə

3,0

4.4.

Dənli və dənli paxlalı bitkilər

1 nümunə

2,0

4.5.

Bitki və bitkiçilik məhsullarının saxlanma yerləri

1 nümunə

2,0

5.

Bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması

 

 

5.1.

Suda, torpaqda, qida, kənd təsərrüfatı və şərabçılıq məhsullarında pestisidlərin qalıq miqdarının təyini

1 analiz

10,0

5.2.

Ağır metalların təyini

1 analiz

15,0

5.3.

Pestisidlərin keyfiyyət göstəricilərinin təyini

1 analiz

11,0

5.4.

Kənd təsərrüfatı məhsullarında nitrat və nitritlərin qalıq miqdarının təyini

1 analiz

5,0

5.5.

Dərmanlanmış toxumlarda pestisidlərin faizlə miqdarının təyini

1 analiz

5,0

5.6.

Bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini

1 analiz

10,0

5.7.

Kənd təsərrüfatı məhsullarında mikotoksinlərin miqdarının təyini

1 analiz

30,0

 
2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
2.1. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Respublika Nəzarət Toksikologiya laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29 iyun 2006-cı il tarixli 12 nömrəli Qərarı;
2.2. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli 18 nömrəli Qərarı.
3. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                   Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası