İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

25.12.2015

“Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

QƏRAR № 17

AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 17

Bakı şəhəri, 25 dekabr 2015-ci il

   

“Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “Azərbaycan Hava Yolları” QSC-nin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin 5-ci sətrinin 3-cü sütununda “39,0” rəqəmi “49,0” rəqəmi ilə əvəz edilsin.
 
2. Bu qərar 26 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                                            Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası