İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

05.04.2016

“Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

QƏRAR № 4

AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 4

Bakı şəhəri, 5 aprel 2016-cı il

   

“Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 12 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin 5-ci sətrinin 3-cü sütununda “49,0” rəqəmi “60,0” rəqəmi ilə əvəz edilsin.
 
2. Bu qərar 6 aprel 2016-cı il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                    Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası