İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.07.2017

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə

QƏRAR № 7

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR №7 

Bakı şəhəri, 14 iyul 2017-ci il

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının
ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli 23 nömrəli Qərarına uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
 
1.1. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 31 yanvar tarixli 3 nömrəli Qərarı;
 
1.2. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 31 yanvar tarixli 3 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 sentyabr tarixli 7 nömrəli Qərarı.
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası