İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.07.2017

“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR №8 

Bakı şəhəri, 14 iyul 2017-ci il

“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə”
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli
2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nin cədvəl hissəsinin 2-ci sətri aşağıdakı redaksiyada verilsin:
 

"

2.

Avtomobil benzini (Aİ-92)

619,36

42,0

260,13

15,0

1052,8

26,2

1179,0

0,90


2. Bu qərar 2017-cı il 15 iyul tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası