30.04.2018
“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
QƏRAR № 1
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 1
Bakı şəhəri, 30 aprel 2018-ci il
“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 aprel tarixli 134 nömrəli Qərarına uyğun olaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli Qərarının “Qeyd 1” hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin II sətrində nəzərdə tutulan xidmətlər üçün qanunla müəyyən edilmiş icra müddəti sifarişçinin müraciəti əsasında sürətləndirilməklə bir iş günü müddətində icra olunduqda, təsdiq edilmiş tarifə 3 əmsalı, ərizələr üçün qeydiyyat müddəti mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda isə, sifarişçinin müraciəti əsasında ərizələrin qanunla müəyyən edilmiş ümumi icra müddəti sürətləndirilməklə iki iş günü müddətində icra edilən zaman bu qərarın 1-ci bəndinin cədvəl hissəsinin I və II sətirləri ilə təsdiq edilmiş tariflərə 3 əmsalı tətbiq edilsin.”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev