04.01.2021
Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə
QƏRAR № 1
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 1
Bakı şəhəri, 4 yanvar 2021-ci il
Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması və bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarının “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nin cədvəl hissəsi yeni redaksiyada verilsin (əlavə olunur). 2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 28 noyabr 2016-cı il tarixli 16 nömrəli və 14 iyul 2017-ci il tarixli 8 nömrəli qərarları ləğv edilsin. 3. Bu qərar 2021-ci il 5 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 1
Bakı şəhəri, 4 yanvar 2021-ci il
Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə