İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

31.01.2021

Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 6

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 6

Bakı şəhəri, 30 yanvar 2021-ci il

Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası xidmətlərinin tarifləri təsdiq edilsin (Əlavə 1).
 
2. Ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası xidmətlərinin tarifləri təsdiq edilsin (Əlavə 2).
 
3. Bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş tariflərdə bütün xərclər (o cümlədən dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası ilə əlaqədar xərclər) nəzərə alınmışdır.
 
4. Müəyyən edilsin ki, ixtisaslaşdırılmış ekspertiza zamanı dərman vasitəsinin əvvəllər dövlət qeydiyyatına alınması üçün ixtisaslaşdırılmış ekspertizaya təqdim olunmuş dozalarından və qablaşdırmalarından fərqləndiyi təqdirdə, yenidən dövlət qeydiyyatına alınması məqsədi ilə hər əlavə doza və qablaşdırma üçün bu qərarla təsdiq edilmiş tarif tətbiq olunur.
 
5. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 13.05.2016-cı il tarixli 8 nömrəli və “Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 06.03.2017-ci il tarixli 2 nömrəli qərarları ləğv edilsin.
 
6. Bu qərar 2021-ci il 1 fevral tarixindən qüvvəyə minir. 
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası