İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.07.2022

“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

QƏRAR № 7

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 7

Bakı şəhəri, 26 iyul 2022-ci il

“Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə”
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli
Qərarında dəyişiklik edilməsi haqqında
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarının 8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
 
“8. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il 16 oktyabr tarixli 13 nömrəli Qərarının 6-cı bəndi ilə müəyyən edilən məqsədlərə görə alınan təbii qazdan istehsal olunan elektrik enerjisinin qiymətləri dövlət tərəfindən tənzimlənmir və həmin istehlakçılara elektrik enerjisinin təchizatı (satışı) “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq müəyyən edilən sərbəst qiymətlərlə həyata keçirilir.”
 
2. Bu qərar 2022-ci il 1 avqust tarixindən qüvvəyə minir.
 
 
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası