İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.05.2007

Respublika ərazisində sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq telefon danışıqlarının və mobil şəbəkə telefonlarından aparılan beynəlxalq telefon danışıqlarının tarifləri barədə

QƏRAR № 14

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na uyğun olaraq və eləcə də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) sabit şəbəkə telefonlarından, kartlı taksofonlardan aparılan şəhərlərarası telefon danışıqlarının bir dəqiqəsi üçün tarif 7 qəpik müəyyən edilsin.

2. Mobil və sabit şəbəkə (o cümlədən məftilli və məftilsiz) telefonlarından bütün kateqoriyadan olan abunəçilər (əhali, büdcə və qeyri-büdcə təşkilatları) tərəfindən aparılan beynəlxalq telefon danışıqlarının 1 dəqiqəsi üçün aşağıdakı tariflər təsdiq edilsin:

Sıra №-si

Zonalar

Tariflər,1 dəqiqə üçün (ƏDV daxil olmaqla), qəpik

1 dəqiqədə olan konturların sayı

1 konturun qiyməti, qəpik

1 konturdakı saniyələrin sayı

1.

MDB və Baltikyanı ölkələr

36

60

0,60

1

2.

İran,Türkiyə, Pakistan

45

60

0,75

1

3.

Avropa, Amerika və digər ölkələr

54

60

0,90

1

 

Qeydlər:

1.Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün (taksofonlar istisna olmaqla) müəyyən olunmuş tariflərə həftənin iş günləri, şənbə bazar və bayram günləri saat 00:00-dan 08:00-dək 25% güzəşt tətbiq olunur;

 


2. İP telefoniya ilə ("000" kodu yığmaqla) aparılan beynəlxalq danışıqlar üçün tariflər sabit şəbəkə telefonlarından aparılan danışıq tariflərinə 50% güzəşt tətbiq edilməklə müəyyən olunur;

 


3. Kartlı taksofonlardan aparılan beynəlxalq danışıqlar üçün kontur hesabı yuxarıda göstərilən tariflərə uyğun olaraq rabitə müəssisələri tərəfindən müəyyən olunur;

 


4 . "107" xidmət sahəsi vasitəsilə aparılan hər bir şəhərlərarası və beynəlxalq telefon danışığı üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı, Naftalan şəhərlərində, Naxçıvan Muxtar Respublikası ərazisində və rayon mərkəzlərində 20 qəpik, kənd yerlərində isə 5 qəpik əlavə xidmət haqqı hesablanır;

 


5. Rəsmi bayram günlərində sabit şəbəkə operatorları maliyyə imkanları daxilində beynəlxalq telefon danışıqlarının tariflərinə müəyyən güzəştlər tətbiq edə bilərlər.

3. Bu tariflər mülkiyyət formasından asılı olmayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarına şamil olunur.

4. Beynəlxalq telefon danışıqlarının 1 dəqiqəsi üçün müəyyən olunan yeni tariflər 2007-ci il 01 iyun tarixindən tətbiq edilir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri H.Babayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası