İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.07.2007

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan hər 1000 m3 suyun topdansatış tarifi barədə

QƏRAR № 19

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ceyranbatan su anbarı üzrə satılan suyun topdansatış tarifi təsdiq edilsin.

Sıra№-siXidmətin adıÖlçü vahidi

Tarif, manatla
(ƏDV-siz)

1.Ceyranbatan suyu1000 м320,0

2. Bu qərar 2007-cı il 01 sentyabr tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir. 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının Sədri                                                                      H. Babayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası