İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.12.2008

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2002-ci il 23 dekabr tarixli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri üzrə Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”ə və 2004-cü il 23 iyul tarixli Bölmə III “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”ə dəyişikliklər edilməsi barədə

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

Q Ə R A R  № 8

Bakı şəhəri,                                                 2008-ci il 30 dekabr

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2002-ci il 23 dekabr tarixli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri üzrə Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”ə və 2004-cü il 23 iyul tarixli Bölmə III “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”ə dəyişikliklər edilməsi barədə
 

      Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2008-ci 30 dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
 
     1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2002-ci il 23 dekabr tarixli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri üzrə Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tariflər”in “18. Şəhərdaxili rəqəmsal kanallar” bəndində aşağıdakı dəyişikliklər edilsin:
   -18.1-ci bəndin “Digər abunəçilər üçün” sütununda “1200 manat” ifadəsi “600 manat” ifadəsi ilə əvəz edilsin;
   -18.2-ci bəndin “Digər abunəçilər üçün” sütununda “320 manat” ifadəsi “300 manat” ifadəsi ilə əvəz edilsin.

      2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rabitə xidmətləri üzrə Bölmə III “Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər”in “Respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə tarifləri (Bakı şəhəri istisna olmaqla)” bəndində aşağıdakı dəyişikliklər edilsin:
   -1.1-ci bənddə “240 manat” ifadəsi “200 manat” ifadəsi ilə əvəz edilsin;
   -1.2-ci yarımbənddə “180 manat” ifadəsi “150 manat” ifadəsi ilə əvəz edilsin.
   -1.3-cü yarımbənddə hər tam və natamam 50 km. məsafəyə görə 2mbit/s.-yə qədər digər tutumlar üzrə istifadə tarifləri aşağıdakı cədvələ uyğun müəyyənləşdirilsin:

Hər tam və natamam 50 km kanal üçün

32 kbit/s

64 kbit/s

128 kbit/s

192 kbit/s

256 kbit/s

384 kbit/s

512 kbit/s

768 kbit/s

1024 kbit/s

2048 kbit/s

Tarif  (ƏDV daxil olmaqla), manat

7,5

12,00

22,50

30,00

37,00

49,50

60,00

82,50

94,50

150,00

      3. Bu qərar 2009-cu il 15 yanvar tarixindən qüvvəyə minir.  
 

           Azərbaycan Respublikası 
          Tarif (qiymət) Şurasının Sədri                                                                       Ş.Mustafayev

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası