İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

31.07.2009

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 4

 AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

                       QƏRAR № 4

                     Bakı şəhəri,                                                                                                     2009-cu il 31 iyul
  

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”  2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin aşağıdakı  tarifləri təsdiq edilsin:

Sıra

-si

Xidmətlərin adı

Tariflər(ƏDV ilə, manatla)

I. Daşınmaz əmlakın texniki inventarlaşdırılmasının  aparılması

I-1. Bina, tikili və qurğuların texniki inventarlaşdırılması

     1.       

Çoxmərtəbəli (çoxmənzilli) yaşayış binaları -ümumi sahəsinin hər 1 m2-i üçün

0,40

2.

Qeyri-yaşayış binaları (sahələri), əmlak kompleksi kimi müəssisələr və müəssisə filialları  

2.1

- ümumi sahəsi 50 m2-ə qədər olduqda

50,0

2.2

- ümumi sahəsi 50 m2-dən 100 m2-ə qədər olduqda 50 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə 

1,40 

2.3

- ümumi sahəsi 100 m2-dən 200 m2-ə qədər olduqda 100 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

1,0

2.4

-ümumi sahəsi 200 m2-dən 300 m2-ə qədər olduqda 200 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,95

2.5

- ümumi sahəsi 300 m2 -dən 400 m2-ə qədər olduqda 300 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,90

2.6

- ümumi sahəsi 400 m2-dən 500 m2-ə qədər olduqda 400 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,85

2.7

- ümumi sahəsi 500 m2-dən 600 m2-ə qədər olduqda 500 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,80

2.8

- ümumi sahəsi 600 m2-dən 700 m2-ə qədər olduqda 600 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,75

2.9

- ümumi sahəsi 700 m2-dən 800 m2-ə qədər olduqda 700 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə

0,70

2.10

- ümumi sahəsi 800 m2-dən 900 m2-ə qədər olduqda 800 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,65

2.11

- ümumi sahəsi 900 m2-dən 1000 m2-ə qədər olduqda 900 m2- dən çox olan hər 1 m2 sahə üçün əlavə

0,60

2.12

- ümumi sahəsi 1000 m2-dən çox olduqda  artıq olan hər 1 m2 sahə üçün əlavə

0,30

3.

Qurğular  

3.1

- yerləşdiyi torpaq sahəsi 100 m2-ə qədər olduqda

30,0

3.2

- yerləşdiyi torpaq sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə

0,20

4.

Mənzillər  

4.1

-ümumi sahəsi 50 m2-ə qədər olduqda

12,0

4.2

-ümumi sahəsi 50 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə

0,20

5.

Fərdi yaşayış və bağ evləri  

5.1

- ümumi sahəsi 100 m2-ə qədər olduqda

22,0

5.2

- ümumi sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə

0,20

6.

Kommunikasiyalar:  

6.1

- yerüstü kommunikasiyaların hər 1 km-i üçün

50,0

6.2

- yeraltı kommunikasiyalar yerüstünün hər 1 km-nə əlavə olaraq  

 20,0

I-2. Torpaq sahələrinin inventarlaşdırılması

1.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələri   

1.1

- 1 ha-ya qədər olduqda

18,0

1.2

- 1 ha-dan çox olduqda artıq hər 1 ha sahə üçün əlavə

12,0

2.

Həyətyanı və bağ sahəsi torpaqları   

2.1

-0,12  ha-ya qədər olduqda

12,0

2.2

-0,12  ha-dan çox olduqda artıq hər 0,01 ha sahə üçün əlavə

1,0

3.

Digər təyinatlı torpaq sahələri  

   3.1

- sahəsi 0,01 ha-ya qədər olduqda

60,0

   3.2

- sahəsi 0,01 ha-dan 0,10 ha-ya qədər olduqda 0,01 ha-dan çox olan hər 0,01 ha üçün əlavə

7,0

   3.3

- sahəsi 0,10 ha-dan 0,50 ha-ya qədər olduqda 0,10 ha-dan çox olan hər 0,01 ha üçün əlavə

5,0

   3.4

- sahəsi 0,50 ha-dan 1 ha-ya qədər olduqda 0,50 ha-dan çox olan hər 0,01 ha üçün əlavə

3,0

   3.5

- sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,01 ha üçün əlavə

2,0

    4.

Su obyektləri (su tutarları)  

   4.1

- yerləşdiyi torpaq sahəsi 1 ha-ya qədər olduqda

60,0

   4.2

- yerləşdiyi torpaq sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,1 ha sahə üçün əlavə

1,0

    5.

Meşələr  

5.1

- sahəsi 1 ha-ya qədər olduqda

60,0

5.2

- sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,1 ha sahə üçün əlavə

4,0

6.

Çoxillik əkmələr   

6.1

-1 ha-ya qədər olduqda

30,0

6.2

- sahəsi 1 ha-dan çox olduqda artıq hər 1 ha sahə üçün əlavə

15,0

7.

Yer təki sahələri yerləşdiyi torpağın hər 0,1 ha sahəsi üçün

 50,0

II.

Daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi

20,0

III.

 Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla)

10,0

IV.

Hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması

20,0

V.

Daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi

20,0

VI.

Daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatların verilməsi

10,0

VII.

Daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi (obyektə yerində baxış keçirilməsi) (bu bölmənin xidmət haqqı I bölməyə müvafiq hesablanmış tariflərə layihə-smeta sənədlərində nəzərdə tutulmuş tikinti (qurğu) işlərinin faktiki yerinə yetirilmə faizinə uyğun əmsal tətbiq edilməklə hesablanır).

VIII.

Daşınmaz əmlakın inventar dəyərinin hesablanması (bu bölmənin xidmət haqlarının tarifləri I bölmənin müvafiq bəndlərinin tariflərinə 0,2 əmsal tətbiq etməklə hesablanır).

IX.

Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması (bu bölmənin xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 14,0 manatdan az olmamaqla hesablanır) (baş vermiş dəyişikliklər 30 %-dən çox olduğu hal istisna olmaqla).

X.

Daşınmaz əmlakın bazar qiymətlərinin hesablanması və arayışların verilməsi (bu bölmənin xidmət haqqı müqavilə qiyməti ilə müəyyən edilir).

Qeyd 1. Göstərilən xidmətlər sifarişçinin müraciəti əsasında qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə), müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3, 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda 1,5 əmsalı tətbiq edilir.
Qeyd 2. Daşınmaz əmlak obyektinin texniki inventarlaşması halında VII bölmə üzrə müəyyən edilmiş tariflər tətbiq edilmir.
2. Bu qərar 2009-cu il 03 avqust tarixindən qüvvəyə minir.

      Azərbaycan Respublikası 
 Tarif (qiymət) Şurasının sədri                                                                               Şahin Mustafayev

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası