İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.12.2009

Tibbi müayinə kartının qiymətinin tənzimlənməsi barədə

QƏRAR № 9

        Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli  341 nömrəli Fərmanına,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30  dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən tibbi müayinə kartının aşağıda göstərilən qiyməti təsdiq edilsin:
Sıra
№-si
Göstərilən xidmətin adıÖlçü vahidi
Tarif manatla
(ƏDV-siz)
 1. Tibbi müayinə kartıbir nəfər üçün
 8,0
 
        Qeyd: Tibbi müayinə kartı birdəfəlik verilir, yalnız itdiyi və ya yararsız vəziyyətə düşdüyü halda yenisi ödənişli əsasda verilir.

2. Bu qərar 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                             Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası