İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Bakıda investisiya və tənzimləmə üzrə konfrans keçiriləcək

14.07.2014

Cari ilin 27-28 oktyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının investisiya və tənzimləmə üzrə 13-cü illik konfransı keçiriləcəkdir.

Konfransda Azərbaycanın enerji sənayesi, enerji təchizatı təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin istifadəsində problemlər, su təchizatı xidmətlərinin çoxsahəli tənzimləyici qurumlar tərəfindən tənzimlənməsi, enerji bazarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi mövzusunda təqdimatlar dinlənilərək müzakirələr aparılacaqdır.
Konfransda 50-yə yaxın ölkədən 250-300 nəfər nümayəndənin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası Mərkəzi Avropa, Avrasiya və ABŞ-ın tənzimləyici qurumlarının birliyi kimi 2001-ci ildə yaradılmışdır.
 
Konfrans barədə ətraflı məlumat:
 
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası