İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.04.2013

“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 9 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

QƏRAR № 2

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 2

Bakı şəhəri,  26 aprel 2013-cü il

“Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 9 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 9 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. Qərarın adında “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu” sözləri və 1-ci bəndində “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu” sözləri “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC” sözləri ilə əvəz edilsin.
1.2.  1-ci bəndin cədvəl hissəsinin II bölməsi üzrə:
1.2.1.  4-cü sətir aşağıdakı redaksiyada verilsin:
 

4.

Kimya sənayesi və neft məhsulları (hər bir ton üçün)

1,0

 
1.2.2.  4.1-ci, 4.2-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci və 8-ci sətirlər çıxarılsın.
1.2.3.  7-ci sətir aşağıdakı redaksiyada verilsin:

7.

Xam neft (hər bir sertifikat üçün keçirilən ekspertizaya görə)

2300,0

                                                                                                                   
1.3.  1-ci bəndin cədvəl hissəsinin III bölməsi çıxarılsın.
2. Bu qərar 1 may  2013-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                Şahin Mustafayev
  

 

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası