İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

02.12.2013

Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifinin tənzimlənməsi barədə

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №8

Bakı şəhəri, 2 dekabr 2013-cü il

Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifinin
tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətinin tarifi (telefon nömrəsinin verilməsi və şəbəkəyə qoşulma daxil olmaqla) ƏDV ilə 30,0 manat təsdiq edilsin.
2. Bu qərarın birinci bəndi ilə müəyyən edilmiş tarifə 100 metr məsafəyədək şəbəkəyə qoşulmaq üçün bütün xərclər daxildir.
3. Bu qərarla təsdiq edilən tarif mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının telefon çəkilişi xidmətlərinə şamil olunur.
4. Bu qərar 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                 Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası