İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

25.08.2015

“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixli 5 nömrəli Qərarında dəyişikliklər edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında

QƏRAR № 6


AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №6

Bakı şəhəri, 25 avqust 2015-ci il


“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixli 5 nömrəli Qərarında dəyişikliklər edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydaları”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə 2” yeni redaksiyada təsdiq edilsin (Əlavə 1).

2. Müəyyən edilsin ki, 2015-ci il 15 sentyabr tarixindən etibarən “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixli 5 nömrəli Qərarına “Əlavə 1”-də göstərilən təsiredici maddələr (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

3. Bu qərara əlavədə göstərilən təsiredici maddələr üzrə (Əlavə 2) dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilsin.

4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərarın 3-cü hissəsindən irəli gələn məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                    Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası