İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

05.10.2015

“Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

QƏRAR № 9

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 9

Bakı şəhəri, 5 oktyabr 2015-ci il

“Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin 2.1.2-ci yarımbəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın təsdiq edilməsi və bununla bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. Həmin qərarla təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” üzrə:
 
1.1.1. 3.2.1.-ci, 3.2.1.1-ci, 3.2.2.2.1-ci yarımbəndləri, 3.3-cü və 3.4-cü bəndləri müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
 
“3.2.1. dərman vasitəsi Avropa İttifaqına üzv ölkələrdə (bu təlimatın 3.2.2-ci yarımbəndində göstərilən ölkələr istisna olmaqla), Amerika Birləşmiş Ştatları, Kanada, Yaponiya, Avstraliya, İsrail, Norveç və Türkiyədə istehsal olunduğu təqdirdə, bu təlimatın 2.5.3-cü yarımbəndi nəzərə alınmadan:”;
 
“3.2.1.1. bu təlimatın 2.5.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilən ən aşağı beş bazis qiymətin ədədi ortasına, ikidən beşə qədər bazis qiymət müəyyən edildiyi halda həmin bazis qiymətlərin ədədi ortasına, yalnız bir bazis qiymət müəyyən edildiyi halda isə həmin bazis qiymətin 1,1 əmsalı ilə hasilinə nəzarət markasının qiyməti əlavə olunmaqla;”;
 
“3.2.2.2.1. bu təlimatın 2.5.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilən bazis qiymətlərin ədədi ortasına, ikidən beşə qədər bazis qiymət müəyyən edildiyi halda həmin bazis qiymətlərin ədədi ortasının 1,1 əmsalı ilə hasilinə, yalnız bir bazis qiymət müəyyən edildiyi halda isə həmin bazis qiymətin 1,2 əmsalı ilə hasilinə nəzarət markasının qiyməti əlavə olunmaqla;”.
 
“3.3. Qiyməti ilk dəfə tənzimlənən dərman vasitəsinin bu təlimatın 3.2-ci bəndinə uyğun olaraq hesablanmış ölkədaxili TƏM-ə şərti satış qiyməti əsasında müəyyən edilən pərakəndə satış qiyməti həmin ölkə qrupları üzrə (bu təlimatın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində göstərilməyən ölkələrə münasibətdə isə həmin ölkədə) istehsal olunan müvafiq dərman vasitəsinin mövcud ölkədaxili orta pərakəndə satış qiymətindən yuxarı olduğu təqdirdə mövcud orta pərakəndə satış qiymətindən ƏDV və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.4-cü bəndinin cədvəl hissəsində nəzərdə tutulan müvafiq əlavələr çıxılmaqla ölkədaxili TƏM-ə şərti satış qiyməti hesablanır. Ekvivalent dərman vasitəsi üçün ölkədaxili TƏM-ə şərti satış qiyməti hesablanarkən qablaşdırmadakı vahid miqdarı az olan digər ekvivalent dərman vasitələrinin ölkədaxili TƏM-ə şərti satış qiymətləri nəzərə alınır.”;
 
“3.4. Ölkədaxili TƏM-ə şərti satış qiyməti bu təlimatın 3.3-cü bəndinə uyğun olaraq hesablandığı təqdirdə, 3.2.3-cü yarımbənddə nəzərdə tutulan ölkələrdə istehsal olunan dərman vasitəsinin ölkədaxili TƏM-ə şərti satış qiyməti 3.2.1-ci yarımbənddə göstərilən ölkələrdə istehsal olunan dərman vasitəsinin ölkədaxili TƏM-ə şərti satış qiymətinin 90 faizindən, öz növbəsində 3.2.1-ci yarımbənddə göstərilən ölkələrdə istehsal olunan dərman vasitəsinin ölkədaxili TƏM-ə şərti satış qiyməti də 3.2.2-ci yarımbənddə göstərilən ölkələrdə istehsal olunan dərman vasitəsinin ölkədaxili TƏM-ə şərti satış qiymətinin 90 faizindən yuxarı olmamaq şərti ilə müəyyən edilir.”.
 
1.1.2. 4.1.2-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.3-cü yarımbənd əlavə edilsin:
 
“4.1.3. etibarlı təchizatın təmin edilməsi məqsədilə müəyyən ekvivalent və ya oxşar dərman vasitələri.”.
 
1.1.3. 5.3-cü bəndin cədvəl hissəsi aşağıdakı redaksiyada verilsin:
 

Nümunə

Dərman vasitəsi

TƏM-ə rəsmi satış qiyməti

Bazis qiymət

Qeyd

1.

5 mq 5 kapsul

Dərman vasitəsi 1:

5 mq 1 kapsul = 1 ABŞ dolları

Dərman vasitəsi 2:

5 mq 5 kapsul = 6 ABŞ dolları

Dərman vasitəsi 3:

5 mq 8 kapsul = 7 ABŞ dolları

5 mq 5 kapsul ≤ 5 ABŞ dolları

Ekvivalent dərman vasitəsi 1-in qiyməti əsasında bazis qiymət hesablanır.

2.

5 mq 5 kapsul

Dərman vasitəsi 1:

5 mq 5 kapsul = 6 ABŞ dolları

Dərman vasitəsi 2:

5 mq 8 kapsul = 7 ABŞ dolları

5 mq 5 kapsul = 6 ABŞ dolları

Ekvivalent dərman vasitəsi 1-in qiyməti bazis qiymət kimi qəbul edilir.

3.

5 mq 5 kapsul

Dərman vasitəsi 1:

5 mq 5 kapsul = 6 ABŞ dolları

Dərman vasitəsi 2:

5 mq 6 kapsul = 5 ABŞ dolları

5 mq 5 kapsul = 5 ABŞ dolları

Ekvivalent dərman vasitəsi 2-nin qiyməti bazis qiymət kimi qəbul edilir.

4.

5 mq 5 kapsul

5 mq 10 kapsul

5 mq 15 kapsul

Dərman vasitəsi 1:

5 mq 5 kapsul = 5 ABŞ dolları

Dərman vasitəsi 2:

5 mq 10 kapsul = 11 ABŞ dolları

Dərman vasitəsi 3:

5 mq 15 kapsul = 13 ABŞ dolları

5 mq 5 kapsul = 5 ABŞ dolları

5 mq 10 kapsul ≤ 10 ABŞ dolları

5 mq 15 kapsul = 13 ABŞ dolları

Dərman vasitəsi 1-in və 3-ün qiymətləri əsasında bazis qiymətlər hesablanır.

5.

10 mq 10 kapsul

Dərman vasitəsi 1:

5 mq 5 kapsul = 5 ABŞ dolları

Dərman vasitəsi 2:

5 mq 10 kapsul = 11 ABŞ dolları

Dərman vasitəsi 3:

10 mq 25 kapsul = 25 ABŞ dolları

Dərman vasitəsi 4:

20 mq 5 kapsul = 18 ABŞ dolları

10 mq 10 kapsul ≤ 20 ABŞ dolları

Bu cədvəlin 1-4-cü nümunələri tətbiq edilməklə heç bir istinad ölkəsində qiymət tapılmadığı təqdirdə, vahid xam maddə miqdarı az olan oxşar dərman vasitələri arasında seçim edilir və dərman vasitəsi 1-in qiyməti əsasında bazis qiymət hesablanır.

6.

10 mq 10 kapsul

Dərman vasitəsi 1:

10 mq 15 kapsul = 30 ABŞ dolları

Dərman vasitəsi 2:

10 mq 20 kapsul = 35 ABŞ dolları

Dərman vasitəsi 3:

10 mq 24 kapsul = 40 ABŞ dolları

10 mq 10 kapsul = 20 ABŞ dolları

 

Bu cədvəlin 1-5-ci nümunələri tətbiq edilməklə heç bir istinad ölkəsində qiymət tapılmadığı təqdirdə, qablaşdırmadakı vahid miqdarı 100%-dən artıq olmayan ən yaxın ekvivalent dərman vasitəsi 1-in qiyməti əsasında bazis qiymət hesablanır.

7.

10 mq 10 kapsul

Dərman vasitəsi 1:

15 mq 2 kapsul = 6 ABŞ dolları

Dərman vasitəsi 2:

30 mq 1 kapsul = 5 ABŞ dolları

10 mq 10 kapsul ≤ 20 ABŞ dolları

 

 

Bu cədvəlin 1-6-cı nümunələri tətbiq edilməklə heç bir istinad ölkəsində qiymət tapılmadığı təqdirdə, vahid xam maddə miqdarı 100%-dən artıq olmayan ən yaxın oxşar dərman vasitəsi 1-in qiyməti əsasında bazis qiymət hesablanır.

8.

10 mq 10 kapsul

 

Dərman vasitəsi 1:

25 mq 6 kapsul = 15 ABŞ dolları

Dərman vasitəsi 2:

25 mq 10 kapsul = 20 ABŞ dolları

10 mq 10 kapsul = 10 ABŞ dolları

Bu cədvəlin 1-7-ci nümunələri tətbiq edilməklə heç bir istinad ölkəsində qiymət tapılmadığı təqdirdə, xammaddə miqdarı 100%-dən artıq olmayan ən yaxın oxşar dərman vasitəsi 1-in qiyməti əsasında bazis qiymət hesablanır.

 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası