İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

05.10.2015

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə

QƏRAR № 10

AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR № 10
 
Bakı şəhəri, 5 oktyabr 2015-ci il


Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Bu qərara əlavədə göstərilən təsiredici maddələr üzrə (Əlavə 1) dövlət qeydiyyatına alınmış dərman vasitələrinin aptek təşkilatına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri təsdiq edilsin (Əlavə 2).
 
2. Bu qərarla təsdiq edilmiş qiymətlər 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minir və həmin tarixdən etibarən bu qərara Əlavə 1-də göstərilən təsiredici maddələr (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız bu dərmanların qiymətləri təsdiq edildikdən sonra həyata keçirilə bilər.
 
3. Bu qərara əlavədə göstərilən təsiredici maddələr üzrə (Əlavə 3) dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il oktyabr ayının 20-dək müəyyən edilsin.
 
4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərarın 3-cü hissəsindən irəli gələn məsələlərlə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.
 
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası