İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

31.08.2022

“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

QƏRAR № 10

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 10

Bakı şəhəri, 31 avqust 2022-ci il
 
“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1.“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsində aşağıdakı dəyişiklik edilsin:
 
1.1. 1-ci sətrin III-cü sütununda 689,78 rəqəmi 687,36 rəqəmi ilə, IV-cü sütununda 42,0 rəqəmi 42,5 rəqəmi ilə, V-ci sütununda 289,71 rəqəmi 292,13 rəqəmi ilə əvəz edilsin. 
 
1.2. 2-ci sətrin III-cü sütununda 574,69 rəqəmi 573,24 rəqəmi ilə, IV-cü sütununda 18,0 rəqəmi 18,3 rəqəmi ilə, V-ci sütununda 103,44 rəqəmi 104,90 rəqəmi ilə əvəz edilsin.
 
2. Bu qərar 2022-ci il 1 sentyabr tarixindən qüvvəyə minir. 


 
Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası