İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.10.2022

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 5 nömrəli və “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2013-cü il 2 dekabr tarixli 7 nömrəli Qərarlarında dəyişiklik edilməsi barədə

QƏRAR № 13

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 13

Bakı şəhəri, 26 oktyabr 2022-ci il


Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə”
 
2013-cü il 2 dekabr tarixli 5 nömrəli və “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə”
 
2013-cü il 2 dekabr tarixli 7 nömrəli Qərarlarında dəyişiklik edilməsi barədə
 
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 5 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin 1-ci sətrinin 3-cü sütununda “2,5” rəqəmi “3,5” rəqəmi ilə əvəz edilsin.

2. “Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 2 dekabr tarixli 7 nömrəli Qərarının 1-ci bəndində “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.

3. Bu qərar 2022-ci il 1 noyabr tarixindən qüvvəyə minir.
 
  
 
Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası