İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

29.12.2010

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri barədə” Qərarı”na dəyişikliklər edilməsi barədə

QƏRAR № 2

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
Q Ə R A R  № 02 

   Bakı şəhəri,                                                                                                                29 dekabr 2010-cu il

“Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri barədə” Qərarı”na  dəyişikliklər edilməsi barədə

       Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 29 dekabr 2010-cu il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
       1.  “Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 25 dekabr 2007-ci il tarixli “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən istiqamətlər üzrə həyata keçirilən ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri barədə” Qərarı”nda  aşağıdakı məzmunda dəyişikliklər edilsin:
      1.1. Qərarın adında və 1-ci bəndində nəzərdə tutulmuş “Azərbaycan Hava Yolları” Dövlət Konserni” sözləri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti”  sözləri ilə əvəz edilsin;
       1.2. Qərarın cədvəl hissəsinin 1-ci və 2-ci bəndlərində “95,0” rəqəmi “70,0” rəqəmi ilə əvəz edilsin.
        2. Bu qərar 01 yanvar 2011-ci il tarixindən qüvvəyə minir. 
 
     
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                                  Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası